Macarıstan millisinin hücumçusu ciddi zədə alıb

24 İyun 2024 01:16

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ikincilərin hücumçusu Barnabaş Varqa ciddi zədə alıb.

O, matçın 70-ci dəqiqəsində şotlandiyalı qapıçı Anqus Qunn ilə toqquşub.

28 yaşlı futbolçu ciddi xəsarət alaraq meydanı xərəkdə tərk edib.

Milli.Az