Almaniya millisinin qapıçısı tarixə düşdü

24 İyun 2024 01:14

Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.

O, qitə turnirlərində ən çox meydana çıxan qolkiper adını qazanıb.

38 yaşlı dəri əlcək sahibi AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə bu uğura imza atıb.

M.Noyer Avropa çempionatlarında 18-ci oyuna çıxmaqla italiyalı qapıçı Canluici Buffonu geridə qoyub.

Milli.Az