Tayvanda güclü zəlzələ baş verdi

23 İyun 2024 21:33

Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb.

Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun