Dağıstanda qanlı hücumlar: kilsə və sinaqoq atəşə tutulub, polislər güllələnib - YENİLƏNİB - VİDEO - FOTO

25 İyun 2024 11:24

11:24

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində 51 nəfər yaralanıb

Ölənlər arasında 15-i hüquq-mühafizə orqanlarının əməkdaşı 5-i mülki şəxs və 5-i şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxslərdir. 13 yaralının vəziyyətinin ağır olduğu bildirilib.

---------------
24.06.2024


Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.

---------
00:16

Yəhudi dini qurumları bildiriblər ki, Dərbənddə olduğu kimi Mahaçqalada da sinaqoqa hücum edilib.

Milli.Az bildirir ki, Dərbənddə antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb, əməliyyatlar zamanı 2 yaraqlı öldürülüb.

Mahaçqala hakimiyyəti növbəti xəbərdarlığa qədər şəhərdəki bütün əyləncə tədbirlərinin ləğv edildiyini elan edib.

Terror aktı zamanı Mahaçqala sinaqoqunda heç kim xəsarət almayıb.

16 nəfər Mahaçqala xəstəxanasına çatdırılıb.

Onların arasında 13 yaralı polis və üç mülki şəxs var. Ölənlərlə bağlı məlumat dəqiqləşdirilir.

23.06.2024

22:58

Son verilən məlumata görə Mahaçqalada dörd yaraqlı məhv edilib.

Milli.Az bildirir ki, digər terrorçular yaşayış binasında gizlənir. Təhlükəsizlik qüvvələri hazırda yaşayış binasına hücum edir

----------

22:55

Milli.Az bildirir ki, Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərov saxlanılıb.

----------

22:54

Milli.Az bildirir ki, Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 9-a çatıb (onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşıdır), 25 nəfər yaralanıb.

----------

22:52

Milli.Az bildirir ki, hazırda Dərbənd: şəhərdə hərbi texnika hərəkət edir, atışma gedir.

----------

22:32

Hadisələrlə bağlı ilk xəbərlər Moskva vaxtı ilə saat 19-a yaxın görünməyə başladı.

Dağıstanın Daxili İşlər Nazirliyi əvvəlcə Dərbənddə naməlum şəxslərin sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutması barədə məlumat yayıb.

Dərbənd rəhbəri bildirdi ki, pravoslav kilsəsinə və sinaqoqa hücumdan sonra hüquq-mühafizə orqanları hadisədən xəbərdar edilib.

Daha sonra Mahaçqalada yol polisi postunun atəşə tutulması ilə bağlı məlumat yayılıb.

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib, atəş açanların axtarışı və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

Təhlükəsizlik qüvvələri arasında itkilər barədə məlumat: 6 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 12-si yaralanıb, regional Daxili İşlər Nazirliyindən RİA Novosti-yə bildiriblər.

Mülki itkilərlə bağlı ilk məlumata görə, Dərbənddə bir keşiş, Mahaçqalada isə kilsənin mühafizəçisi öldürülüb. Bundan əlavə, Dərbənddə sinaqoq mühafizəçisi həlak olub.

Milli.Az bildirir ki, Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, iki yaraqlı məhv edilib.

Mahaçqalada hazırda vaxtaşırı atışmalar eşidilir, Dərbənddə də vəziyyət eynidir.

Dağıstanın Daxili İşlər Nazirliyi RİA Novosti-nin Mahaçqaladakı kilsədə girovların olması barədə məlumatı təkzib edib;

Kadırov terror aktını çirkin təxribat və dinlər arasında ixtilaf salmaq cəhdi adlandırıb.

Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulxakim Hacıyev hesab edir ki, respublikada baş verən terror aktının arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayanır.

----------

22:22

Milli.Az bildirir ki, 19 nəfər təhlükəsizlik məqsədilə Mahaçqala kilsəsində gizlənib, daha onlar üçün təhlükə yoxdur.

----------

22:01

Dağıstandakı silahlı qarşıdurmada 7-si polis olmaqla, 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az bildirir ki, hücum edən terrorçulardan 4-ü öldürülüb.

Anti-terror əməliyyatı davam edir.

----------
​21:52

Mahaçqalada məhv edilən iki silahlı Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Omarovun oğulları Osman və Adildir.

Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər polisi, sinaqoqu və kilsəni avtomat silahlardan atəşə tutublar.

------
20:57

Sinaqoqun binası tamamilə yanıb. Hadisə nəticəsində 5 polis əməkdaşı həlak olub, 9-u yaralanıb.

Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib.

Milli.Az bildirir ki, Dərbənd və kilsənin gülləbaran edilməsi zamanı rus keşiş Nikolayın həlak olduğu dəqiqləşib.

Həlak olanlarla yaralıların sayı dəqiqləşdirilir. Hələ ki, rəsmi məlumat verilməyib.

Qeyri-rəsmi məlumatlara görə, 66 yaşlı keşiş Nikolayın boğazını kəsiblər.

Mediada yer alanr məlumatlara görə, o, xəstə imiş. Mahaçqaladakı kilsənin mhafizəçilərində yalnız qaz tapançaları vardı.

Onlar gülllənib.

Kilsənin keşişləri və işçiləri içəridə gizləniblər.

Mahaçqalada polislərə hücum edən iki nəfəri məhv etmək mümkün olub.

Hazırda Mahaçqalada Maqomedhacıyev küçəsində atışma davam edir.

Milli.Az