Bu il Cəlilabadda günəbaxan sahələri 30 faizə yaxın artırılıb

23 İyun 2024 19:54

Bu il Cəlilabad rayonunda günəbaxan sahələri 30 faizə yaxın artırılıb.

Bu barədə Milli.Az-a Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 291 hektar sahədə günəbaxan bitkisi əkilib. Ötən il bu rəqəm 200 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, hər il digər bitkilərlə yanaşı, bu sahəyə üstünlük verilməsinin əsas səbəbi günəbaxan bitkisinin məhsuldarlığının yüksək olması, eləcə də bazardakı yeri və ən əsası quraqlığa davamlılığıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun