Liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI

25 İyun 2024 13:55

13:55

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Milli.Az-a bildirilib ki, xəsarət alanlardan üç nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bunlardan biri əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil qiymətləndirilir, iki nəfər isə özəl tibb müəssisəsinə hospitalizasiya olunub.

Daha iki nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir".

Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılıb, şaxtaya düşüb. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb. Nəticədə beş qadın xəsarət alıb. Liftdə yeddi nəfərin olduğu məlum olub.

--------------
23.06.2024

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Milli.Az-a bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun