Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

23 İyun 2024 16:48

İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun