Venesuelada güclü zəlzələ oldu

23 İyun 2024 09:09

Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 km dərinlikdə yerləşib

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun