Domeniko Tedesko: Qalib gəldiyimiz üçün xoşbəxtik

23 İyun 2024 08:58

"Qalib gəldiyimiz üçün xoşbəxtik".

Milli.Az reporta.az-a istinadən xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya qalib gəldikləri (2:0) matçdan sonra deyib.

Mütəxəssis bir neçə qol şansından yararlana bilmədiklərini söyləyib: "Qələbə qazandıq və bir az rahatladıq. İndi növbəti qarşılaşmaya köklənməliyik. Hansı nəticənin olacağını birlikdə görəcəyik".

Qeyd edək ki, Belçika millisi iyunun 26-da Ukrayna ilə üz-üzə gələcək.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun