Binəqədidə qəza: xəsarət alan var

23 İyun 2024 08:25

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Qocayev Nihad Rafiq oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun