Atadan "şirinlik" alınmasını tənqid etdi - "Ayıbdır"

23 İyun 2024 07:45

Aktrisa Zümrüd Qasımova Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan "şirinlik" tələb olunması ilə bağlı görüntülərə münasibət bildirib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktrisa həkimin bu hərəkətini qınayıb.

O, paylaşımına "Heç bir atanı belə pərt etmək olmaz. Ayıbdır vallah, nə deyim" şərhini yazıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun