Azərbaycanda ağır qəza: xəsarət alan var - FOTOlar

23 İyun 2024 00:19

Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Kia" , "BMW", "Mercedes" , "Nissan" markalı minik avtomobilləri ilə "MAN" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun