Qaxa güclü dolu düşüb, meyvə ağaclarına və təsərrüfatlara ziyan dəyib - FOTOlar

23 İyun 2024 00:10

Qax rayonuna güclü dolu düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi bu gün axşam saatlarında mərkəzdə və rayonun kəndlərində müşahidə olunub.

İyirmi dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.

Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun