Öldüyü deyilən aktrisanın səsi Hollandiyadan gəldi! – “Selena”nın Selininin son halı - FOTO

22 İyun 2024 22:04

"Selena" adlı fantastik uşaq serialı ilə bir çoxlarının tanıdığı Cansu Demircinin taleyi sevənlərini çox maraqlandırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Sehrli anam", "Selena", "Adanalı", "Bir Zamanlar Anadolu" kimi layihələrdə iştirak edən Cansu Demirci yeni peşəsi ilə çoxlarını təəccübləndirib.

Aktyorluğu atıb xaricə yerləşdiyi bilinən və sosial mediadan istifadə etməyən Cansu indi çox fərqli bir işlə məşğuldur.

Cansu Dəmirçi hazırda Hollandiyada yaşayır. Bakalavr təhsilini Türkiyədə, magistr təhsilini isə Almaniyada alan Dəmirçi bir müddət Portuqaliyada da yaşayıb. Demirci hazırda Hollandiyadakı bir şirkətdə maliyyə üzrə baş ekspert kimi çalışır. Dəmirçi Yıldız Texniki Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr fakültəsini bitirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun