Ukrayna bir gündə Avropadan elektrik enerjisi idxalında rekord artım etməyi planlaşdırır. Kiyev saatda 33,559 min meqavata qədər enerji almaq istəyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Teleqram kanalı məlumat yayıb
Xüsusilə vurğulanır ki, Ukrayna elektrik enerjisi ixrac etmək niyyətində deyil:
"Bu, son dövrlərdə elektrik enerjisinin maksimum alışıdır".
Ukraynanın energetika naziri German Qaluşenko isə qeyd edib ki, ölkə elektrik enerjisi istehsal gücünün yarısını itirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun