Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs olundu

22 İyun 2024 19:28

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olmasının müəyyən edilərək, saxlanıldığını bildirib.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu gün daha bir şəxs də ictimai nəqliyyatda qadına qarşı qeyri-etik hərəkətə yol verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun