"Rembo"nun saatı üçün milyonlarından keçdilər

22 İyun 2024 17:36

Hollivudun əfsanəvi aktyoru saat koleksiyasını satışa çıxarıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  əfsanəvi aktyor Silvestr Stallone "Rolex" , "Patek Philippe" və "Audemars Piguet" kimi nüfuzlu brendlərdən ibarət şəxsi saat kolleksiyasını hərracda satışa çıxarıb.

Aktyorun spesifik saatları kolleksiyaçıların diqqətini cəlb edib. Silvestr Stallone son illərin ən tanınmış saat kolleksiyaçılarından biridir. Onun 11 saatı Nyu-Yorkda keçirilən auksiyonda hərracdan əvvəl təxmin edilən qiyməti üstələyərək 6,7 milyon ABŞ dollarına satılıb. Satışda diqqət çəkən məqam aktyorun 5,4 milyon ABŞ dollarına satılan "Patek Philippe Grandmaster Chime" saatı oldu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun