İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

22 İyun 2024 15:25

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Qafqazinfo"ya  bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun