Efirdə teleaparıcının başında şüşə qırdılar - FOTO

22 İyun 2024 15:15

Amerikanın Bravo kanalında yayımlanan "Watch What Happens Live! ("Nə baş verdiyini canlı izlə!") verilişinin aparıcısı Endi Koenin başında şüşə sındırıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Koen və proqramın qonaqları oyunda iştirak edərək bir-birlərinə suallar veriblər. Aparıcı bir suala cavab verə bilməyib, verilişin qonağı və dostu interyer dizayneri Cef  Lyuisi şüşə butulka ilə onun başına yüngülcə vurub. Lakin zərbənin təsiri ilə şüşə qırılıb.

Qonaq "Sən həddən artıq güclü vurdun" deyib qəzəblənən aparıcıdan üzr istəyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun