Yağışdan sonra Bakı küçələri - VİDEO

22 İyun 2024 13:52

Səhər saatlarında ölkə ərazisinə yağan yağış rayonlarda olduğu kimi, Bakıda da fəsadlara səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər də paylaşılıb. Yağıntıdan sonra şəhərin mərkəzi küçə və prospektlərində gölməçələr yaranıb, bəzi hissələr, ümumiyyətlə, keçilməz hala düşüb.

Məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəisi Anar Cəbrayılov sorğumuzu belə cavabladı: "Leysan zamanı çökək ərazi olduğundan qısamüddətli su yığılması olub. Daşıyıcı kollektorlar, nasosxanalar normal rejimdə işləyib. Həm tullantı, həm də yağış suları rejimə uyğun fəsadsız kənarlaşdırılıb. Qısamüddət sonra sular tam axıb gedib".

Video: Əzizə İsmayılova 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun