Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürdü

22 İyun 2024 13:47

Türkiyə Silahlı Qüvvələri PKK terror qruplaşmasının doqquz silahlısını öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "CNN Türk" yayıb.

Məlumata görə, Türkiyənin Ağrı, Mardin və Şırnak bölgələrində PKK terror qruplaşmasına qarşı keçirilən "Bozdoğan" aniterror əməliyyatı nəticəsində biri qırmızı, ikisi narıncı və ikisi boz bülleten olmaqla doqquz terrorçunu öldürülüb.

Bildirilib ki, onlar terror qruplaşmasının "ölüm komandası" sayılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun