Bakıda "ağac soyqrımının" qarşısı alındı - FOTO

22 İyun 2024 13:35

Sosial şəbəkələrdə yayılan fotolarda Bakıda ağacların qanunsuz yolla kəsilməsi halları müəyyən olunub.

Milli.Az-ın aldığı məlumata görə, tikinti şirkəti tərəfindən Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində qanunsuz olaraq ağacların kəsilməsinə dair görüntülər yayılıb. "Yaşıl vadi" adlandırılan məhəllədə ağaclar budanma adı ilə məhv edilib və kökündən çıxarılıblar.

Sözügedən mövzu barədə saytımıza Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən saytımıza verilən məlumatda deyilir ki, həmin əraziyə idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq baxış keçirilib.  Əvvələr də birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cins ağacların qeyri-qanuni olaraq məhv edilməsi halları müəyyən edilmişdir.

Bununla bağlı birlik tərəfindən aktlar tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024 -ci il tarixlərində aidiyyatı üzrə hüquq - mühafizə orqanlarına göndərilib.

Sözügedən fotoları təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun