Məşhur aktyorla bağlı üzücü xəbər: Ad günündə... - FOTO

22 İyun 2024 19:12

Məşhur bəstəkar, aktyor və musiqiçi Mazlum Çimen ad günündə infarkt keçirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mazlum Çimen paylaşımında bunları yazıb:

"Yoxluğumda nə qədər zəng edib soruşan, mesaj göndərənlər olub, hamınıza təşəkkür edirəm, çox sağ olun. İndi reanimasiyadan çıxartdılar, əlayam, telefonuma baxa bilmirəm, hamınıza sevgilər".

Aktyorun oğlu mediaya açıqlamasında bildirib ki, atasının ürəyinə stent qoyulub və bir müddət xəstəxanada müalicəsini davam etdirəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun