Maşınsız qalan Şahramanyana “Lexus” bağışladı

22 İyun 2024 12:30

Xəbər verdiyimiz kimi, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna cavab olaraq Tavuş yeparxiyasının rəhbəri, müxalif "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan öz avtomobilini Samvel Şahramanyana hədiyyə edib. 

Məlumata görə, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək "Lexus" markalı avtomobilini Şamramanyana verib. Tavuş yeparxiyasının rəhbəri baş verənləri qəbuledilməz adlandırıb. 

Qeyd edilib ki, sözügedən avtomobil daha əvvəllər Qalstanyanın postlara erməni hərbçiləri ziyarətə getməsi üçün hədiyyə edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun