Bakıda məşhur marketdə oğurluq: müdirin seyfini yardılar

22 İyun 2024 13:00

Bakıda marketin seyfi qarət olunub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə iyunun 21-i saat 04 radələrində Lökbatan qəsəbəsində yerləşən "Oba" marketdə qeydə alınıb. 

Marketin müdirinin otağındakı seyfdən 3075 manat pul oğurlanıb. Hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Elmir Həsənli saxlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun