Yağıntılı hava nə vaxtadək davam edəcək?

22 İyun 2024 09:36

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, qeyri-sabit hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək davam edəcək.

Yağıntıların bölgələrdə iyunun 23-ü gündüzədək fasilələrlə davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun