"WhatsApp"da fotoları bu cür göndərmək mümkün oldu

22 İyun 2024 14:28

"WhatsApp" yeni funksiyanı aktivləşdirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Yeni funksiya sayəsində "WhatsApp"da bütün media faylları standart olaraq HD keyfiyyətində göndərmək mümkün olacaq.

Bunun üçün parametrlərdə "Məlumat və yaddaş" bölməsinə daxil olaraq, foto və videoların HD formatda göndərilməsini seçmək lazımdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun