Əfsanəvi futbolçunun anası öldü

22 İyun 2024 06:20

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selest Arantes vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, 101 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, 3 dəfə dünya çempionu olan yeganə oyunçu olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun