NATO ilə müzakirələrə hazırıq - Putin

21 İyun 2024 23:25

Moskva təhlükəsizlik məsələlərini NATO ilə müzakirə etməyə hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa və NATO ilə əsas, həyati vacib təhlükəsizlik məsələlərini geniş müzakirə etməyə hazırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun