Baumqartner ən yaxşı seçildi

21 İyun 2024 23:20

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda keçirilən Polşa - Avstriya matçının ən yaxşı futbolçusu açıqlanıb.

Milli.Az xəbər verir ki, Avstriya millisinin üzvü Kristof Baumqartner görüşün ən yaxşısı seçilib.

24 yaşlı yarımmüdafiəçi komandasının oyundakı ikinci qoluna imza atıb.

Sözügedən görüşdə Avstriya millisi 3:1 hesablı qələbə qazanıb.

Milli.Az