Nazir bu xanıma yeni vəzifə verdi

21 İyun 2024 22:25

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyinatı olub.

Mədəniyyət Nazirliyindən Milli.Az-a bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova sözügedən vəzifəyə təyinat alıb.

Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun