Əməkdar artist onları polisə verəcək

21 İyun 2024 20:22

Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənni həmin ustaları hədələyib.

"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəm". 

O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək: 

"Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram. Məcbur olub yenidən təmir etdirməliyəm". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun