İtaliyalı əfsanə Roberto Baccionun evinə basqın olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə veteran futbolçunun ailəsi ilə birlikdə AVRO-2024-ün İtaliya - İspaniya (0:1) matçını izlədiyi zaman baş verib.
Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi ilə zərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə "Qızıl top"u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayan naməlum şəxslər evi qarət ediblər.
Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pul götürüblər.
Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisə müraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçunun başına bir neçə tikiş qoyulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun