Türkiyə ordusu şəhid verdi

21 İyun 2024 18:16

Türkiyə ordusu İraqın şimalındakı "Pənçə-Kilit" əməliyyat bölgəsində daha bir şəhid verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub.

Həmçinin qeyd olunub ki, əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun