Eddi “Neftçi”-dən getdi

21 İyun 2024 17:54

"Neftçi" yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb. 

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı paylaşım edib. 

Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində "Neftçi"nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun