Netanyahunun müsahibəsi buna görə ləğv edildi

21 İyun 2024 15:44

Dünən İsrail Baş naziri Benyamin Netanyahunun televiziya müsahibəsi təcili təhlükəsizlik toplantısı səbəbindən ləğv edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin iştirakı ilə kiçik təhlükəsizlik kabinetinin yaradılmasına razılıq verib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bir müddət öncə hərbi kabineti buraxdığını elan etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun