"Fənərbağça" yeni transferini açıqladı

21 İyun 2024 15:34

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.

Son olaraq "Fatih Karagümrük"də çıxış edən Levent Mercanla anlaşma əldə olunub. Onunla üçillik müqavilə bağlanıb.

Klub yarımmüdafiəçi Mert Hakan Yandaşın sözləşməsinin müddətini uzadıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun