Azərbaycanda bazarda yanğın olub - YENİLƏNİB - VİDEO

21 İyun 2024 10:56

10:56

Dünən Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

--------
10:32


Lənkəran şəhərində bazar yanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun