Rusiyada kütləvi PUA hücumu - 1 ölü, 4 yaralı

21 İyun 2024 10:21

Ukrayna Rusiyanın Krasnodardakı "Yujnıy" avtovağzalının və qazanxana binalarına kütləvi PUA hücumu təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, PUA hücumu nəticəsində bir qazanxana işçisi ölüb, 4 nəfər isə xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Krım ərazisi və Qara dəniz üzərində Ukraynaya məxsus 70 PUA-nı, Krasnodar diyarı üzərində 43 PUA və Volqoqrad vilayəti üzərində bir PUA-nı məhv etdiyi barədə məlumat yayıb.

Həmçinin, Qara dənizin şimal-qərb hissəsində dəniz aviasiya qüvvələrinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 pilotsuz katerini məhv etdiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun