“Amazon”dan mal sifariş verdi - Qutudan kobra çıxdı

23 İyun 2024 09:04

Onlayn məhsul sifariş verən qadının bağlamasından kobra ilanı çıxıb.

Milli.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə həmin qadın "X" sosial şəbəkəsində məlumat verib.

O, paylaşımında sifariş verdiyi bağlamadan gözlənilməz sürpriz çıxdığını yazıb: ""X Box" oyun konsolunun pultunu sifariş etmişdim. Bağlamamın içindən zəhərli kobra çıxdı. İlan qablaşdırma lentindən yapışmışdı. Xoşbəxtlikdən mənə heç nə olmadı". 

Qeyd edək ki, sifarişi çatdıran "Amazon" şirkəti qadından üzr istəyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun