Başına ağac düşən 21 yaşlı Rəvan vəfat etdi

21 İyun 2024 10:00

Mingəçevirdə güclü küləyin ağacları, binaların dam örtüyünü aşırması nəticəsində xəsarət alan 6 nəfərdən biri vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ağır xəsarət alan 2003-cü il təvəllüdlü Rəvan Qasımzadənin həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət alan digər şəxslərə tibbi yardım göstərilib, onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun