Cəbrayılda yük avtomobili tank əleyhinə minaya düşüb, sürücü xəsarət alıb

20 İyun 2024 23:46

Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun