Ermənistanın bu şəhəri qazsız qaldı - Güclü qasırğa

20 İyun 2024 21:34

Vanadzorda (Böyük Qarakilsə) güclü qasırğa nəticəsində qaz xətti zədələnib və nəticədə şəhərə qaz verilişi dayandırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Qazprom Armenia" məlumat yayıb.

Bildirilib ki, qəza-bərpa işləri başa çatdıqdan sonra yenidən şəhərə qazın verilişi təmin olunacaq.

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti də qasırğa nəticəsində dağıntıların olduğu barədə məlumat verib.

İrəvanın bir sıra rayonlarında, həmçinin Kotayk, Araqatsotn, Armavir, Lori və Tavuş vilayətlərində dağıntılar qeydə alınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun