İki hərbçimiz yol qəzasında həlak oldu

20 İyun 2024 17:33

İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Qeyd edək ki, hər iki şəxsin hərbçi olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun