“Ana ölümləri daha çox II və III hamiləlikdə baş verir” - SN

20 İyun 2024 16:28

Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir.

"Misal olaraq, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölür. Deməli, onun ailə quranda 16-17 yaşı olub", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun