Rusiya Pxenyandan, biz Qərbdən asılıyıq: hansı yaxşıdır?

20 İyun 2024 15:06

Ukrayna ABŞ və digər Qərb ölkələrindən silah tədarükündən asılıdır, lakin bu, Şimali Koreyadan silah tədarükündən asılı olan Rusiyadan daha yaxşı vəziyyətdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu BBC-yə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Ukraynalı nazir qeyd edib ki, Qərb müttəfiqləri də Ukraynadan - onun rus təcavüzkarını dayandırmaq qabiliyyətindən asılıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun