Səhnədə konsert verən Dilarəni alqışlamaq əvəzinə, Sagopanı SƏHNƏYƏ ÇAĞIRDILAR - VİDEO

20 İyun 2024 14:38

Avroviziya təmsilçimiz Dilarə Kazımova açıq hava konsertlərinin birində tamaşaçıların qarşısına çıxıb.

Milli.Az bildirir ki, məşhur türkiyəli sənətçi Sagopa Kajmerdən öncə səhnə alan Dilarə Kazımova alqışlanmayıb. Bu azmış kimi, izləyicilər ona məhəl qoymayaraq, qonaq sənətçini səhnəyə çağırıblar.

Tamaşaçıların bu hərəkəti sosial şəbəkələrdə müzakirələr yaradıb. Əksəriyyət Sagopaya görə gələn izləyicilərin reaksiyasını dəstəkləyib. Yerli sənətçimizin alqışlanamamısını tənqid edənlər də az olmayıb. 

Sözügedən görüntüləri təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun