Saxta spirtli içkidən 29 nəfər ÖLDÜ

20 İyun 2024 14:15

Hindistanın cənubundakı Tamil Nadu ştatında onlarla insan saxta spirtli içkidən dünyasını dəyişib.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə Ştat rəsmisi MS Prasant məlumat verib. 

O, hadisənin Kallakuriçidə baş verdiyini açıqlayıb.

Prasant qeyd edib ki, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox adam xəstəxanaya yerləşdirilib. Həmçinin, o, ölənlərin sayının arta biləcəyinin istisna edilmədiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun