Türkiyə - Portuqaliya oyununu o idarə edəcək

20 İyun 2024 13:41

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda keçiriləcək Türkiyə - Portuqaliya matçının hakimləri açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçı almaniyalı Feliks Zvayer idarə edəcək.

Ona Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcəklər. 

Qarşılaşmanın 4-cü hakimi isə Xesus Gil Manzano (İspaniya) olacaq.

Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-si keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun