Paşinyan qəfil "Zəngəzur iclası" keçirdi

20 İyun 2024 13:17

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət rəsmiləri ilə Zəngəzura həsr olunmuş qapalı iclas keçirib.

Milli.Az bildirir ki, Nazirlər Kabinetinin iclası İrəvan mətbuatının qeyd etdiyi kimi, cəmi 20 dəqiqə çəkib. 

Ötən gün Paşinyan Zəngəzurda Azərbaycanla sərhədin delimitasiyasının növbəti mərhələsinin mümkün başlanması və bu proses zamanı referendumun keçirilməsinin mümkünlüyünü açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun